Türkiyəli hərbçi: "Ermənistanın Tovuz rayonuna hücum etməsi növbəti təxribatıdır"

Türkiyəli hərbçi: "Ermənistanın Tovuz rayonuna hücum etməsi növbəti təxribatıdır"
  • Clock-gray 22:03
  • calendar-gray 13 İyul 2020

"Ermənistanın Tovuz rayonuna hücum etməsi növbəti təxribatıdır".

Bunu APA-nın Türkiyə müxbirinə Türkiyənin istefada olan general-mayoru Yücel Karauz deyib.

O bildirib ki, işğalçı bu dəfə də Azərbaycanın hərbi mövqeləri ilə yanaşı, dinc insanlara da hücum edib: "Azərbaycan bu haqsız hücumları layiqincə cavablandırıb, Ermənistan tərəf böyük itkilər verib".

Y.Karauz BMT və ATƏT-in Minsk Qrupunun Ermənistanın Azərbaycana təcavüzünə yumşaq mövqeyini də qınayıb: "Ermənistan illərdir ki, etdiyi qanunsuz hərəkətlərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyəti öz xeyrinə fəallaşdırmaq cəhdindədir, Azərbaycanı işğal etməsinə "qanuni" don geyindirməkdədir. Bu beynəlxalq təşkilatlar Dağlıq Qarabağdakı qanunsuz seçkilərin keçirilməsinə, işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin məskunlaşmasına laqeyd qalaraq, səs çıxarmırlar. ATƏT-in Minsk Qrupu həmsədlərinin "Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil" bəyanatı  Ermənistanı cəsarətləndirdi. Eyni zamanda Ermənistanın Dağlıq Qarabağı üçüncü dövlət olaraq tanıtmaq və bu münaqişədə danışıqlar masasına üçüncü dövlət kimi oturtmaq cəhdləri var".

Hərbçi qeyd edib ki, bütün bunlara baxmayaraq, Ermənistan çirkin məqsədinə çatmayacaq: "Birləşmiş Millətlər Təşkilatının qərarlarında qeyd olunduğu kimi, Ermənistan Azərbaycan torpaqlarının qanunsuz və ədalətsiz işğalına son qoymalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".

Sevil Ünal Hilalqızı

Digər xəbərlər