Ukrayna Ali Radası “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib

Ukrayna Ali Radası “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
# 21 fevral 2020 13:52 (UTC +04:00)

Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, hakim “Xalqın xidmətçi” partiyasının deputatı Darya Volodinanın təqdim etdiyi “erməni soyqırımı qurbanlarının anılması” ilə bağlı qanun layihəsi müzakirə edilmədən geri qaytarılıb.

"Fevralın 14-də qeydə alınan qanun layihəsinin Azərbaycan və Türkiyənin Ukraynadakı səfirliklərinin birgə səyləri nəticəsində Ali Radanın komitə iclasında belə müzakirə olunması təxirə salınıb", - deyə səfirliyin məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR