Ukrayna Prezidenti Vladimir Zelenskinin rəsmi qarşılanma mərasimi olub

Ukrayna Prezidenti Vladimir Zelenskinin rəsmi qarşılanma mərasimi olub
  • Clock-gray 10:31
  • calendar-gray 17 Dekabr 2019

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenskinin dekabrın 17-də rəsmi qarşılanma mərasimi olub.

APA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Prezident Vladimir Zelenskinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskini qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Ukrayna Prezidentinə raport verib.

Vladimir Zelenski Azərbaycan əsgərlərini salamlayıb.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Ukraynanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Vladimir Zelenskiyə, Ukrayna nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Ukrayna prezidentlərinin qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

apa-logo-mini

Digər xəbərlər