Ukrayna XİN: Ukrayna vəziyyətin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həllinin tərəfdarıdır

Ukrayna XİN: Ukrayna vəziyyətin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həllinin tərəfdarıdır
  • Clock-gray 22:16
  • calendar-gray 13 İyul 2020

"Ukrayna Xarici İşlər Nazirliyi (XİN) iyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya atəşindən istifadə edilməsi ilə nəticələnən gərginliyə görə dərin narahatlığını ifadə edir".

APA xəbər verir ki, bu barədə Ukrayna XİN-in bəyanatında bildirilib.

Qeyd edilib ki, Ukrayna münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır:

"Münaqişə tərəflərini vəziyyətin de-eskalasiyası üçün bütün səyləri göstərməyə və münaqişənin dinc yolla beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 822,  853, 874 və 884 saylı qətnamələri əsasında bütün səyləri göstərməyə çağırırıq. Ukrayna tərəfi vəziyyətin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır".

apa-logo-mini

Digər xəbərlər