Ukrayna səfirliyi “Planetin yaşıllaşdırılması” adlı beynəlxalq ekoloji layihəyə qatılıb - FOTO

Ukrayna səfirliyi “Planetin yaşıllaşdırılması” adlı beynəlxalq ekoloji layihəyə qatılıb - FOTO
# 10 aprel 2021 11:19 (UTC +04:00)

Ukraynanın Azərbaycandakı Səfirliyi, Ukraynanın Fəxri Konsulluğu və Ukraynanın Azərbaycandakı icmasının fəalları ilə birgə Azərbaycanda “Planetin yaşıllaşdırılması” (Greening of the Planet) adlı beynəlxalq ekoloji layihəyə qatılıblar.

Ukraynanın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bu aksiya çərçivəsində Ukraynada və yer kürəsinin müxtəlif nöqtələrində 1 milyon ağacın əkilməsi planlaşdırılır.

Simvolik milyonuncu ağacın Kiyevdə əkilməsi nəzərdə tutulub.

Təbirdə iştirak etmək məqsədi ilə Ukraynanın Azərbaycandakı Fəxri konsulu Mehrəli Qasımov, eləcədə Ukrayna icmasının fəal üzvləri Şamaxıya səfər ediblər. Ekoloji aksiya çərçivəsində Eldar şamı növündən 15 ağac əkilib.

Aksiyada iştirak həm ekologiyaya qayğının rəmzi, həm də Ukrayna və Azərbaycan arasında möhkəm qarşılıqlı hörmət və əsl qardaşlığın göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR