Ukraynalı deputatlar Ermənistanın Tovuzda yaşayış məntəqələrini atəşə tutmaları ilə bağlı narahatlıqlarını ifadə ediblər

Ukraynalı deputatlar Ermənistanın Tovuzda yaşayış məntəqələrini atəşə tutmaları ilə bağlı narahatlıqlarını ifadə ediblər
# 14 iyul 2020 17:12 (UTC +04:00)

Ukrayna Ali Radasının Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə deputat qrupunun üzvləri iyulun 12-də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, deputat qrupunun həmsədrləri V.Kreydenko və V.Kolyuxun, eləcə də qrupun digər üzvlərinin imzaladıqları məktubda hadisələr zamanı Azərbaycanın həlak olmuş hərbçilərinin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verilib. Ali Radanın deputatları qeyd ediblər ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və toxunulmazlığının ardıcıl tərəfdarı olaraq qalırlar.

Ukraynalı deputatlar münaqişə tərəflərini soyuqqanlı və səbrli olmağa, vəziyyətin normallaşdırılması üçün maksimal səylər göstərməyə, beynəlxalq hüquq normalarına və atəşkəs rejiminə əməl etməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR