Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Azərbaycan Prezidentini təbrik edib
# 24 dekabr 2020 16:45 (UTC +04:00)

Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, K. Mikuriya təbrik məktubunda dövlət başçısının Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafına daim yüksək diqqət yetirdiyini bildirib.

O, Azərbaycanın gömrük sisteminin inkişafı və modernləşdirilməsi ilə ölkənin milli hədəflərə çatmasına töhfə vermək istiqamətində Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycanın arasındakı davamlı və sıx əməkdaşlığa sadiq olduğunu vurğulayıb: “İnanıram ki, əlaqələrimiz qarşıdakı illərdə də hər iki tərəf üçün səmərəli nəticələr verməkdə davam edəcək. Bu xoş fürsətdən istifadə edərək, qarşıdan gələn 2021-ci ildə Sizə cansağlığı və xoşbəxtlik, ölkənizə və vətəndaşlarınıza sülh və tərəqqi arzulayır, gələcəkdə Sizinlə yenidən görüşməyi səbirsizliklə gözləyirəm. Cənab Prezident, Sizə ən yüksək ehtiramımı bir daha bildirirəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR