“Ümumdünya Türk Xalqları Assambleyası”nın prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb

“Ümumdünya Türk Xalqları Assambleyası”nın prezidenti Azərbaycan Prezidentinə məktub ünvanlayıb
# 11 noyabr 2020 12:40 (UTC +04:00)

“Ümumdünya Türk Xalqları Assambleyası” Beynəlxalq Təşkilatının prezidenti Yermentay Sultanmurat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir: “Əziz qardaşımız İlham Heydər oğlu!

Əziz azərbaycanlı qardaşlarımız!

Sizin hər birinizi erməni təcavüzkarlara qarşı apardığınız Vətən müharibəsində möhtəşəm qələbə münasibətilə təbrik edirik!

Bu qələbə Azərbaycan millətinin, türk ruhunun daha da möhkəmlənməsində olduqca əhəmiyyətli mərhələdir. Bu zəfəriniz bizim ümumi tariximizdə mühüm və əlamətdar hadisə kimi layiqli yer tutacaq.

Arzu edirik ki, bu qələbənin nəticələrini uğurla möhkəmləndirəsiniz və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan gündən-günə daha da çiçəklənən bir ölkəyə çevrilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR