"Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqlənib

"Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiqlənib
# 05 mart 2021 18:11 (UTC +04:00)

Prezident İlham Əliyev “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol”un təsdiq edilməsi haqqında" Fərman imzalayıb.

APA-nın məlumatına görə, 2020-ci il noyabrın 28-də İstanbul şəhərində imzalanmış “Üzv Dövlətlərin Türk Akademiyasının Büdcəsinə Məcburi Ödənişlərinin Həcminə dair Protokol” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tərəflərə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR