Vitse-qubernator: “Kaluqa və Bakı arasında birbaşa aviareyslərin açılmasında maraqlıyıq”

Vitse-qubernator: “Kaluqa və Bakı arasında birbaşa aviareyslərin açılmasında maraqlıyıq”
# 28 yanvar 2021 16:24 (UTC +04:00)

“Bakı ilə birbaşa aviareyslərin açılmasında maraqlıyıq”.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında Kaluqa vilayətinin vitse-qubernatoru Vladimir Potyomkin deyib.

Vitse-qubernator bildirib ki, onlar Azərbaycanın iş adamlarının regiona cəlb olunmasında da maraqlıdırlar.

“Təəssüflər olsun ki, hazırda Azərbaycan biznesinə bizim regionda çox az rast gəlinir. Azərbaycanın istehsal etdiyi məhsulların bizim bazarda təmsil olunmasını istəyirik. Bununla yanaşı, ölkənizin ixtisaslaşmış olduğu sahələrin, xüsusi ilə turizm, tibbi turizm, tikinti və digər sahələrdə təcrübələrini öyrənmək fikrindəyik. Bundan başqa, biz Kaluqa ilə Bakı arasında birbaşa aviareyslərin açılmasında maraqlıyıq. Bunun üçün bizim şəraitimiz var. Kaluqada beynəlxalq hava limanı fəaliyyət göstərir. Hesab edirik ki, birbaşa aviareyslərin açılması Azərbaycanla Kaluqa regionu arasında, həm də qonşu Tula, Bryansk və digər regionlar arasında əlaqələrin inkişafına təkan verəcək”, - deyə V. Potyomkin vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR