Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
# 23 dekabr 2020 13:09 (UTC +04:00)

Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin Prezidentliyiniz dövründə Azərbaycan Respublikasının özünü regional lider kimi təsdiq etdiyini, ikitərəfli münasibətlərimizin isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamaq mənim üçün son dərəcə xoşdur.

Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşma əsasında gələcəkdə daha da dərinləşməsində birgə marağımızın olduğuna əminəm.

Dost Azərbaycanın ölkəmizə verdiyi hərtərəfli dəstəyi və Sizin şəxsi səylərinizi yüksək qiymətləndirərək, Ukrayna gələcəkdə də Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyəcəkdir.

Ukrayna və Azərbaycan arasında aktual məsələlərin geniş spektri üzrə şəxsi dialoqumuzun davam etdirilməsi üçün ilk münasib fürsətdə Sizi rəsmi səfərlə Kiyevdə görməyə şad olardım.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR