Vladimir Zelenski Azərbaycan Prezidentini təbrik edib

 Vladimir Zelenski Azərbaycan Prezidentini təbrik edib
  • Clock-gray 17:27
  • calendar-gray 24 Dekabr 2019

Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: 

"Zati-aliləri.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu yaxınlarda qonaqpərvər Bakıya səfərim zamanı mən ölkənizin inkişafı, xalqınızın həyat səviyyəsinin yüksəlməsi və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə şəxsən Sizin nə qədər çox səy göstərdiyinizin şahidi oldum.

Ukrayna və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın gələcək inkişafına qarşılıqlı maraqların, eləcə də səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi üçün geniş imkanların olduğunu təsdiq etmiş danışıqlarımızın dostluq ab-havasını məmnunluqla xatırlayıram.

İnanıram ki, danışıqlar zamanı əldə etdiyimiz nəticələrin uğurla həyata keçirilməsi münasibətlərimizin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təsir edəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizin üçün münasib vaxtda, Zati-alinizi Ukraynaya rəsmi səfərə dəvət etmək istərdim.

Əminəm ki, Sizin Ukraynaya gələcək səfəriniz Ukrayna-Azərbaycan tərəfdaşlığında əldə etdiyimiz yeni nailiyyətlərin möhkəmlənməsinə imkan yaradacaq.

Zati-aliləri, Sizə tükənməz enerji, möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm".

apa-logo-mini

Digər xəbərlər