Volkan Bozkır Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib - FOTO - YENİLƏNİB

Volkan Bozkır Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib - FOTO - YENİLƏNİB
# 09 aprel 2021 10:41 (UTC +04:00)

Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır Fəxri xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, V. Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib. O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.

V. Bozkır daha sonra Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksi və şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, şəhidlərin ruhuna ehtiramını ifadə edib.

“Azərbaycan uğrunda canlarını fəda edən şəhidlərimizi hörmətlə yad edirik. Bu qardaş torpaqlarda rahat uyuyun”, - deyə V. Bozkır “Türk şəhidliyi”ndə söyləyib.

***

10.17

Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır Fəxri xiyabanını ziyarət edib.

APA-nın məlumatına görə, V. Bozkır Ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, ehtiramını bildirib.

O, akademik Zərifə Əliyevanın da məzarı önünə gül düzüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR