XİN Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib

XİN Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib
# 08 avqust 2020 09:16 (UTC +04:00)

“Kerala ştatında baş vermiş təyyarə qəzası ilə bağlı dərin hüznlə başsağlığımızı ifadə edirik”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "Twitter" səhifəsində bildirilib.

“Kerala ştatında təyyarə qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Yaralıların tez bir zamanda sağalmalarını arzulayırıq”, - deyə qeyd olunub.

Xatırladaq ki, ötən gün Hindistanın “Air India Express” hava yollarına məxsus “Boeing 737” sərnişin təyyarəsinin qəza enişi etməsi nəticəsində 20 nəfər ölüb, 140 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR