XİN: Hindistandan 17, Gürcüstandan 13 Azərbaycan vətəndaşı ölkəyə gətirilib

XİN: Hindistandan 17, Gürcüstandan 13 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
# 27 may 2020 15:48 (UTC +04:00)

Bu gün Hindistandan 17 nəfər Azərbaycan vətəndaşı aviareyslə Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi vurğulayıb ki, Hindistandan gələn 17 nəfərlə bərabər, Gürcüstanda olan digər 13 nəfər Azərbaycan vətəndaşı Gürcüstan-Azərbaycan sərhədindən keçməklə ölkəyə gətiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR