XİN İspaniyanın yeni Xarici İşlər nazirini təbrik edib

XİN İspaniyanın yeni Xarici İşlər nazirini təbrik edib
# 14 yanvar 2020 17:48 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyanın yeni Xarici İşlər nazirini təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“İspaniyanın Xarici İşlər naziri Arança Qonzalez Layanı təbrik edir və ona yeni vəzifəsində uğurlar diləyirik. İspaniya və Azərbaycan arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirmək üçün onunla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - deyə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR