XİN Volkan Bozkırı BMT Baş Assambleyasının Prezidenti seçilməsi münasibətilə təbrik edib

XİN Volkan Bozkırı BMT Baş Assambleyasının Prezidenti seçilməsi münasibətilə təbrik edib
# 18 iyun 2020 10:24 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Volkan Bozkırı BMT Baş Assambleyasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik XİN-in rəsmi "Twitter" səhifəsində yer alıb.

"Səfir Volkan Bozkıra BMT Baş Assambleyasının 75-ci Sessiyasının Prezidenti seçilməsi münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Səfir Bozkıra gələcək fəaliyyətində uğurlar diləyirik", - deyə XİN-in təbrikində bildirilir.

Qeyd edək ki, Türkiyənin Avropa İttifaqı məsələləri üzrə naziri olmuş Volkan Bozkır 192 ölkədən 178-nin səsini alaraq qalib olub.

Volkan Bozkır 1945-ci ildən Türkiyənin də iştirakı ilə yaradılan BMT Baş Assambleyasına rəhbərlik edəcək ilk türkiyəli təmsilçidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR