XİN başçısı: “Aİ-Azərbaycan əməkdaşlığı ölkəmizin milli prioritetlərinin həyata keçirilməsinə töhfə verəcək”

XİN başçısı: “Aİ-Azərbaycan əməkdaşlığı ölkəmizin milli prioritetlərinin həyata keçirilməsinə töhfə verəcək”
# 11 iyun 2020 19:19 (UTC +04:00)

“Biz inanırıq ki, gələcək Aİ-Azərbaycan əməkdaşlığı həm də ölkəmizin milli prioritetlərinin həyata keçirilməsinə töhfə verəcək”.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, bunu “Şərq Tərəfdaşlığı” üzrə Xarici İşlər nazirlərinin video-telekonfrans görüşündə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

“Azərbaycan iqtisadi şaxələndirmənin sürətləndirilməsi, bütün sahələri əhatə edən inkişafın təşviqi və COVID-19 sonrası iqtisadi dirçəlişin dəstəklənməsi məqsədilə strateji inkişaf gündəliyinin icrasına davam edir. İnfrastruktur şaxələndirilmiş iqtisadiyyatın ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır və bizim sərmayələrimiz sənaye parkları, müstəsna iqtisadi zona, qanun və tənzimləmələr, maliyyə xidmətləri və informasiya texnologiyaları ilə tamamlanır. İnnovasiya, informasiya və yüksək texnologiyaların təşviqi bizim ortaq məqsədlərimizdir. Bütün bunlar insan kapitalı və keyfiyyətli təhsil, xüsusən tibb sahəsində olmaqla peşəkarların hazırlığının artırılmasına yeni diqqətin göstərilməsini tələb edir və biz Aİ-ni davam edən səylərimizə dəstək göstərməyə dəvət edirik”, - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR