XİN başçısı: “Faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır”

XİN başçısı: “Faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır”
# 02 aprel 2021 17:59 (UTC +04:00)

“Faşizmin qəhrəmanlaşmasına MDB məkanında yer olmamalıdır”.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir Ceyhun Bayramov "Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlət başçılarının 1941-1945 – ci illər Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyi ilə əlaqədar Birliyə üzv dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti layihəsi haqqında" Qərarını xüsusilə vurğulayaraq, Azərbaycanın faşizm üzərində Qələbənin qazanılmasına böyük töhfəsini diqqətə çatdırıb.

O qərarın qəbul olunmasının nasizm ideologiyasına və onun müxtəlif təbliğat formalarına qarşı mübarizədə böyük əhəmiyyətə malik olduğu bildirib, bu gün də MDB məkanında nasizmin təşviq olunduğu təəssüflə qeyd edib və bu xüsusda, Ermənistanın paytaxtının mərkəzində faşist Qaregin Njdeyə abidə qoyulduğu misal kimi səsləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR