XİN başçısı: “Hökumət macar şirkətlərinin Qarabağda fəaliyyətini dəstəkləyir”

XİN başçısı: “Hökumət macar şirkətlərinin Qarabağda fəaliyyətini dəstəkləyir”
# 10 mart 2021 13:16 (UTC +04:00)

“Səfərimin məqsədlərindən biri macar şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyətə cəlb etməkdir”.

APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.

“İnanırıq ki, regionda sülh və inkişaf bərqərar olacaq. Məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdır. Macarıstan hökuməti macar şirkətlərinin Dağlıq Qarabağ regionunda fəaliyyətini dəstəkləyir və bunun üçün də maliyyə ayırıb”, - deyə nazir vurğulayıb.

Macarıstan xarici işlər və ticarət naziri bildirib ki, Macarıstan şirkətlərinə 100 milyon dollar ayrılıb və bu şirkətlərə yenə vəsait ayrılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR