Xarici ölkələrlə əməkdaşlıq üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə təsdiq edilib

Xarici ölkələrlə əməkdaşlıq üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə təsdiq edilib
# 01 iyul 2020 16:27 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyaların Azərbaycan tərəfinin fəaliyyəti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

APA-nın məlumatına görə, Fərmana əsasən, Azərbaycan Respublikasının xarici ölkələrlə əməkdaşlığı üzrə birgə komissiyalar Azərbaycanla xarici ölkələr arasında iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması, inkişaf etdirilməsi və gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi, ölkəyə xarici investisiyaların cəlb olunması, həmçinin ticarət dövriyyəsinin artırılması və idxal-ixracın diversifikasiyası məqsədilə beynəlxalq müqavilə əsasında təsis olunur.

Bu Əsasnamə Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətini tənzimləyir.

Komissiyanın Azərbaycan tərəfindən tərkibini Azərbaycan Respublikasının Prezidenti təsdiq edir.

Əsasnamə ilə komissiyanın Azərbaycan tərəfinin vəzifələri, hüquqları və fəaliyyətinin təşkili qaydası müəyyənləşib.

Komissiyanın Azərbaycan tərəfinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunmuş həmsədr rəhbərlik edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR