Xələf Xələfov: “ABŞ səfiri ermənilərin hərəkətlərini qaragüruh əməl kimi qiymətləndirdi”

Xələf Xələfov: “ABŞ səfiri ermənilərin hərəkətlərini qaragüruh əməl kimi qiymətləndirdi”
# 23 iyul 2020 13:31 (UTC +04:00)

“Bu gün mənimlə görüşdə ABŞ səfiri ermənilərin hərəkətlərini qaragüruh əməl kimi qiymətləndirdi”.

APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, səfir Los Anceles polisinin araşdırmalara başladığını da nəzərə çatdırıb.

“Biz görüşdə səfirliyimizin mühafizəsi məsələsini geniş müzakirə etdik. İnanırıq ki, tək Los Ancelesdə, Vaşinqtonda deyil, digər dost ölkələrdə də səfirliklərimizin mühafizəsi artırılacaq. Biz bununla bağlı həmin ölkələrə müraciət etmişik. İnanıram ki, gələcəkdə belə hallar olmayacaq. Bu məsələlərdə ikili standartlar ola bilməz, Vyana konvensiyasının tələbləri bütün dövlətlər üçün tam məcburidir. Azərbaycan həmin ölkələrin diplomatik missiyalarının mühafizəsini təmin edir. Azərbaycan dövləti diplomatik missiyalarımızın qorunması, mühafizəsi üçün beynəlxalq mexanizmlərin istifadə olunmasında tam israrlıdır. Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımızın dövlət kimi yanındayıq və daim müdafiələrində olacağıq”, - deyə nazir müavini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR