Xələf Xələfov: "Azərbaycan-Rusiya sərhədi boyu 100 kilometrdən çox əraziyə sərhəd nişanları qoyulub"

Xələf Xələfov: "Azərbaycan-Rusiya sərhədi boyu 100 kilometrdən çox əraziyə sərhəd nişanları qoyulub"
# 09 fevral 2020 13:50 (UTC +04:00)

"Azərbaycan Rusiya sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı heç bir problem yoxdur".

Bunu APA-ya açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, demarkasiya komissiyası işini davam etdirir: "Bir müddət əvvəl Moskvada iclas keçirib protokolları imzaladıq. Yeni iş cədvəlimizi müəyyən etdik. Hazırda delimitasiya olunmuş sərhədlərdə sərhəd nişanlarının qoyulması ilə bağlı işlər davam etdirilir".

Nazir müavini qeyd edib ki, təxminən 100 kilometrdən çox yer artıq sərhəd nişanları ilə təchiz olunub.

"Qalan hissələr də mərhələli şəkildə davam etdiriləcək", - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR