Xocalı soyqırımının qurbanları Britaniyada da anılıb - FOTO

Xocalı soyqırımının qurbanları Britaniyada da anılıb - FOTO
  • Clock-gray 03:25
  • calendar-gray 27 Fevral 2020

Londonda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Azərbaycan Evində keçirilən tədbirdə Britaniyada akkreditə olunmuş diplomatik korpusun üzvləri, türk və xarici diasporların üzvləri, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Evinin sədri Dr. Əli Tekin Atalar bildirib ki, 28 il əvvəl Xocalı şəhərinin dinc əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən amansızlıqla qətlə yetirilib. Xocalı soyqırımı bir çox ölkələrin parlamentləri tərəfindən kütləvi qırğın, bəşəriyyətə qarşı cinayət kimi qəbul olunub.

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfiri Tahir Tağızadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. O, Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalının qəbuledilməz olduğunu, cinayətkarların Beynəlxalq Məhkəmədə mühakimə olunmasının əhəmiyyəti haqqında danışıb.

Tədbirdə çıxış edən britaniyalı jurnalist Neil Vatson Xocalının Azərbaycan xalqına qarşı törədilən ədalətsizlik olduğunu bildirib. O, ümumiyyətlə, Qarabağ müharibəsindən sonra bir milyona yaxın insanın öz torpaqlarından didərgin düşdüyünü əlavə edib.

Daha sonra Xocalı soyqırımı haqqında sənədli filmlər nümayiş etdirilib. Anım mərasimi Londonda yaşayan tarzən Rafiq Rüstəmovun çıxışı ilə yekunlaşıb.

Aytən Abbaslı

Digər xəbərlər

Arxiv

date