Xorvatiyanın sabiq Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib

Xorvatiyanın sabiq Prezidenti Azərbaycan Prezidentinə məktub göndərib
# 15 oktyabr 2020 13:58 (UTC +04:00)

Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident,

Yeni döyüşlər və açıq silahlı hücum haqqında xəbəri böyük narahatlıqla oxudum. Dinc əhali arasında həlak olanlar, yaşayış evləri, xəstəxanalar və məktəblər də daxil olmaqla, bir çox ictimai binaların dağılması haqqında xəbərlər məni dərindən kədərləndirdi. Mən dinc əhaliyə qarşı güc tətbiqini şiddətlə qınayıram.

Bütün bunlarla əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm.

Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR