Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək

Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək
# 09 fevral 2020 14:18 (UTC +04:00)

Yaxın zamanlarda Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək.

Bu barədə APA-ya Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzərdə sektorların razılaşdırılması ilə bağlı təmaslar kəsilməyib, bu, mütəmadi xarakter daşıyır.

Bu, Azərbaycan-Türkmənistan münasibətlərində aktual məsələlərdən biri kimi qalmaqdadır. Bu məsələ üzərində iş gedir, müzakirələri davam etdiririk. Həmin görüşdə Türkmənistan nümayəndəsi də iştirak edəcək”, - deyə naziri müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR