Yankauskas: “Azərbaycanın İstanbul Konvensiyasına qoşulması vacibdir”

Yankauskas: “Azərbaycanın İstanbul Konvensiyasına qoşulması vacibdir”
  • Clock-gray 12:02
  • calendar-gray 06 Mart 2020

“Avropa İttifaqında (Aİ) gender bərabərliyi, qadın hüquqları hər zaman əsas prioritet məsələlərdən biri olub”.

APA-nın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

O bildirib ki, növbəti 4 il üçün gender bərabərliyi ilə bağlı yeni fəaliyyət planının hazırlanması üçün işlər davam etdirilir.

Azərbaycanda qadınların səsvermə hüququnun tarixinin 100 ildən çox olduğunu vurğulayan səfir deyib ki, hər hansı problemin həllindən danışanda ilk növbədə onun mövcudluğu qəbul edilməlidir.

“Biz ötən ilin payızında "Qız qalası" adlı festival keçirdik. Bu festivalın məqsədi gender məsələsinə diqqəti cəlb etmək idi. Azərbaycanla birgə həyata keçirdiyimiz bütün layihələrdə gender məsələsinə xüsusi diqqət ayrılır. Çalışırıq ki, qadınların imkanları və səlahiyyətlərinin tanınması məsələsini bir komponent kimi bütün layihələrə inteqrasiya edək. Bu ilin iyun ayında keçiriləcək Şərq Tərəfdaşlığı üzrə Sammit, habelə Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında yeni saziş bizə imkan verəcək ki, növbəti illərdə tərəfdaşlığımızı xüsusi və yeni formatda təşkil edək. Açıq Hökumətlə bağlı yeni qəbul olunmuş Fəaliyyət Planını da xüsusi qeyd etmək istəyirəm. Amma təbii ki, qanunların, qərarların qəbul olunmasından başqa həmin qanun və qərarlardakı müddəaların həyata keçirilməsi daha vacibdir. Bir də ən vacib məsələ Azərbaycanın İstanbul Konvensiyasına qoşulması olardı”, - deyə K. Yankauskas vurğulayıb.

Günay Elşadqızı

Digər xəbərlər