Zelenski: “Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub”

Zelenski: “Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olub”
  • Clock-gray 17:00
  • calendar-gray 17 Dekabr 2019

“Bizim münasibətlərimiz zamanın sınağından keçib. Biz çətin vaxtlarda bir-birimizə hər zaman dayaq olmuşuq. Azərbaycan Ukrayna üçün həmişə etibarlı dost və mühüm strateji tərəfdaş olmuşdur və bu gün də bu, belədir”.

APA-nın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O vurğulayıb ki, “Cənub Qaz Dəhlizi” layihəsi Ukrayna tərəfindən xüsusi izlənilir: “Bu layihənin genişləndirilərək Avropa istehlakçılarına çatdırılmasına öz töhfəmizi müzakirə etdik. Xüsusilə də hesab edirəm ki, bizim - həm Ukraynanın, həm Azərbaycanın misilsiz nəqliyyat potensialı var. Biz belə qərara gəldik ki, nəqliyyat və aviasiya daşımaları sahələrində də təmaslarımızı, əməkdaşlığımızı gücləndirək. Növbəti il yanvarın sonunadək biz Kiyev şəhərində ikitərəfli Hökumətlərarası Komissiyanın iclasını təşkil edəcəyik".

apa-logo-mini

Digər xəbərlər