Ziyafət Əsgərov: “Pakistan bizə qardaş və dost ölkədir”

Ziyafət Əsgərov: “Pakistan bizə qardaş və dost ölkədir”
# 02 aprel 2021 15:08 (UTC +04:00)

“Pakistan bizə qardaş və dost ölkədir. Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan 822 nömrəli qətnamə qəbul olunanda həmin iclasa Pakistan sədrlik edirdi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ziyafət Əsgərov deyib.

Deputat bildirib ki, 2000-ci illərdə məsələyə BMT-nin Baş Assambleyasında baxılanda da Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Bu günə qədər Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən çoxsaylı qətnamələr, sənədlər qəbul edib. Bu günə kimi Pakistanın Ermənistanın diplomatik əlaqələri yoxdur. Bizim də Pakistana münasibətimiz adekvatdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR