ADTGT Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində Bosniya və Hersoqivanda rəsmi görüşlərə start verib

ADTGT Dağlıq Qarabağla bağlı tədbərlər çərçivəsində Bosniya və Hersoqivanda rəsmi görüşlərə start verib
# 23 iyun 2019 06:15 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) icra etdiyi “Avropada Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda tədbirlərin keçirilməsi” adlı layihəsi çərçivəsində Bosniya və Hersoqovinada rəsmi görüşlərə başlayıb.

Təşkilatdan APA-ya verilən məlumata görə, ADTGT rəhbərliyi səfər zamanı ilk olaraq Bosniya və Hersoqovinanın qurucu prezidenti mərhum Aliyə İzzetbeqoviçin muzeyi ilə tanış olub, onun keçdiyi həyat və mübarizə yoluna nəzər salıblar. Muzeydə sabiq prezidentin nəvəsi ilə də qarşılıqlı fakir mübadiləsi aparılıb.

Sonra Sarayevo Böyük Şəhər Bələdiyyəsində bələdiyyə başçısının müavini və digər rəhbər şəxslərin iştirakı ilə iki ölkə və paytaxtlar arasında mədəni-hümanitar əlaqələrin genişləndirilməsini geniş müzakirə edilib.

Təşkilatın sədri Asif Əsgərli şəhər rəhbərliyinə burada nəzərdə tutulan Dağlıq Qarabağ mövzsusunda keçiriləcək beynəlxalq konfrans haqında məlumat verib.

Daha sonra Bosniya və Hersoqavina federal parlamentində millət vəkili – Boşnak qrupunun rəhbəri Jasmin Dubvnjakla səmərəli və əhatəli görüş olub. Millət vəkili Azərbaycana böyük sevgi və maraqlarının olduğunu diqqətə çadırıb. O, 2013-cü ildə ölkəsində Xocalının soyqırımının tanınmasında yaxından iştirak etdiyini və Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini vurğulayıb.

O, təşkilatın parlamentdə keçiriləcək konfransın əhəmiyyətini yüksək qiymətləndirərək, uğurlar arzu edib. Yaxın zamanlarda Azərbaycana rəsmi səfər edəcəyini diqqətə çatdırıb.

Günün son görüşü Bosniya və Hersoqavina Həmkarlar İttifaqı Konfederasiyasının binasında baş tutub. Burada azərbaycanlı həmkarları ilə əməkdaşlıqda maraqlı olduqlarının qeyd edən Konfederasiya rəhbərliyi yaxın gələcəkdə bu sahədə konkret addımlar atacaqlarını bildiriblər.

Qeyd edək ki, səfər çərçivəsində keçirilən görüşlərdə Dağlıq Qarabağ münaqişəsi, həqiqətlər, beynəlxalq səviyyədə aparılan danışıqlar, Azərbaycanın ərazi bütövlüyü, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsi və ikitərəfli münasibətlər mövzusunda məlumatlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR