Ankarada Azərbaycan Dövlət Bayrağı günü qeyd olunub

Ankarada Azərbaycan Dövlət Bayrağı günü qeyd olunub
# 12 noyabr 2019 02:18 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə 9 Noyabr - Azərbaycan Dövlət Bayrağı Günü keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yalçın Topçu, Türkiyə Prezident Aparatının Sağlıq, Qida Qurumu sədri Necdət Ünüvar, İstanbul Yedditəpə Universitetinin dosenti Teymur Rzayev, Türkiyə və Azərbaycanın digər tanınmış ziyalıları, həmçinin media nümayənələri iştirak ediblər.

Pianoçu İlyas Mirzəyev və Nailə Əhmədovanın ifasında musiqilər səsləndirilib.

Sonda səfir bir qrup tədbir iştirakçılarına Azərbaycanla bağlı fəaliyyətlərinə görə diplomlar təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR