Antalyada İƏT-in Nazirlər Şurasının 24-cü iclasına hazırlıq mərhələsinə başlanılıb

Antalyada İƏT-in Nazirlər Şurasının 24-cü iclasına hazırlıq mərhələsinə başlanılıb
# 09 noyabr 2019 00:48 (UTC +04:00)

Türkiyənin Antalya şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin Nazirlər Şurasının 24-cü iclasına hazırlıq məqsədilə ekspertlərin toplantısı keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, noyabrın 9-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov başda olmaqla ölkəmizin geniştərkibli heyətinin iştirak edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatı Nazirlər Şurasının 24-cü iclası keçiriləcək.

Qeyd edək ki, katibliyi Tehran şəhərində yerləşən İƏT 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə təsis olunub. Azərbaycan 1992-ci ildən İƏT-in üzvüdür və təşkilatda ən fəal ölkələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR