AŞPA-nın həmməruzəçisi Azərbaycana səfəri ilə bağlı qeydlərini Monitorinq komitəsinə təqdim edib

AŞPA-nın həmməruzəçisi Azərbaycana səfəri ilə bağlı qeydlərini Monitorinq komitəsinə təqdim edib
# 10 sentyabr 2019 17:31 (UTC +04:00)

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərbaycana səfəri ilə bağlı qeydlərini Monitorinq komitəsinə təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə həmməruzəçi “Twitter” hesabında məlumat verib.

“Bu gün Monitorinq komitəsinin Parisdə keçirilən iclasında biz Şimali Makedoniya və Moldova ilə bağlı hesabatları yekunlaşdırdıq. Mənim Azərbaycana son səfərimlə bağlı məlumat xarakterli qeydlərimi komitəyə təqdim etdim”, - deyə o bildirib.

S.Şennak əlavə edib ki, Azərbaycanla yanaşı Polşa və Rusiya ilə bağlı məlumat qeydləri də komitəyə təqdim olunub.

Qeyd edək ki, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak iyulun 4-6-da Azərbaycana səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR