Avropa İttifaqının Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb

Avropa İttifaqının Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb
  • Clock-gray 12:36
  • calendar-gray 12 İyul 2019

Avropa İttifaqının (Aİ) Azərbaycanda keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, sorğuda iştirak edən azərbaycanlıların 46%-nin Avropa İttifaqı ilə bağlı düşüncələri müsbətdir.

O bildirib ki, 8% faiz insan Aİ haqda mənfi fikrə sahibdir, 31% isə quruma neytral mövqe sərgiləyib.

Səfirin sözlərinə görə, sorğuda iştirak edənlərdən 78% hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yaxşı səviyyədədir: “75% isə İttifaqın dəyərlərini öz dəyərləri kimi qəbul edir”.

K. Yankauskas rəy sorğusunun 1000 nəfərlə müsahibə əsasında aparıldığını və 4-cü dəfə keçirildiyini vurğulayıb: “Onu da qeyd edim ki, sorğunun nəticələrinə görə, Avropa İttifaqı Azərbaycanda ən etibarlı beynəlxalq təşkilat hesab olunur”.

Rəna Ağayeva

Digər xəbərlər

Arxiv

date