Putin “Azərbaycan” nəşriyyatının baş direktorunu təltif edib

Putin “Azərbaycan” nəşriyyatının baş direktorunu təltif edib
# 08 oktyabr 2019 16:25 (UTC +04:00)

“Azərbaycan” nəşriyyatının baş direktoru Ağabəy Əsgərov Rusiyanın “Puşkin” medalı ilə təltif edilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Qeyd edək ki, Rusiyanın “Puşkin” medalı mədəniyyət və incəsənət, maarifçilik, humanitar elmlər və ədəbiyyat sahələrində xidmətlərə, mədəni irsin öyrənilməsi və qorunub saxlanmasına, xalqların və millətlərin mədəniyyətlərinin yaxınlaşmasına və qarşılıqlı zənginləşməsinə töhfəyə görə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR