Azərbaycan UNESCO-nun 40-cı Baş Konfransına vitse-prezident seçilib

Azərbaycan UNESCO-nun 40-cı Baş Konfransına vitse-prezident seçilib
# 12 noyabr 2019 16:18 (UTC +04:00)

Azərbaycan Parisdə keçirilən UNESCO-nun Baş Konfransının 40-cı sessiyasının vitse-prezidenti seçilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyin rəhbəri Anar Kərimov bildirib.

Noyabrın 12-dən 27-dək davam edəcək Baş Konfransda ali təhsildən süni intellektə qədər aktual məsələlərlə bağlı yeni çoxtərəfli yanaşmalara dair beynəlxalq ideyalar müzakirə ediləcək.

Sessiyada qurumun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələri iştirak edir.

Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESCO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları Baş Konfransda təmsil olunur.

Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirləri də iclaslarda iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR