Azərbaycan XİN Omanı Milli bayramı münasibətilə təbrik edib

Azərbaycan XİN Omanı Milli bayramı münasibətilə təbrik edib
# 18 noyabr 2019 13:29 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Oman Sultanlığını Milli bayramı münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in rəsmi "Twitter" səhifəsində qeyd olunub.

"Milli bayramı münasibətilə Oman Sultanlığını səmimi qəlbdən təbrik edirik. Bu əlamətdar gündə dost Oman xalqına əbədi sülh və firavanlıq diləyirik", - XİN bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR