Azərbaycan XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb
# 11 oktyabr 2019 14:05 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

XİN-dən APA-ya daxil olan bəyanatda bildirilib ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir.

“Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək”, - deyə bəyanatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR