Azərbaycan XİN İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib

Azərbaycan XİN İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib
# 18 iyul 2019 11:31 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İraqda türkiyəli diplomatın öldürülməsini pisləyib.

APA-nın xəbərinə görə, Nazirliyin “Twitter” səhifəsində bildirilib ki, Azərbaycan XİN Ərbil şəhərində Türkiyə Baş konsulluğunun əməkdaşlarına edilən silahlı hücumu qınayır.

“Ərbildə həyatını itirən türkiyəli həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk. Baş vermiş silahlı hücumu şiddətlə qınayırıq”, - qeyd olunub.

Qeyd edək ki, ötən gün İraqın Ərbil şəhərində restorana silahlı hücum olub. Hücum nəticəsində Türkiyənin Ərbildəki Baş konsulluğunun bir əməkdaşı öldürülüb. Terror aktı zamanı bir İraq vətəndaşı da həyatını itirib, bir nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR