Azərbaycanla ABŞ arasında qanunsuz miqrasiya ilə bağlı məsələlər müzakirə edilib

Azərbaycanla ABŞ arasında qanunsuz miqrasiya ilə bağlı məsələlər müzakirə edilib
# 09 oktyabr 2019 16:07 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirinin müavini Nadir Hüseynov Azərbaycanda işgüzar səfərdə olan Amerika Birləşmiş Ştatlarının Daxili Təhlükəsizlik Departamentinin İmmiqrasiya və Gömrük Xidmətinin direktor müavini Marlen Pineironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, görüşdə ABŞ-ın Azərbaycan Respublikasındakı səfiri Earle Litzenberger və Azərbaycan XİN-in Konsuluq İdarəsinin rəisi, səfir Faiq Bağırov iştirak ediblər.

Görüş zamanı iki ölkə arasında mövcud siyasi, humanitar və digər sahələrdə münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparılıb, qanuni miqrasiya və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində qarşılıqlı maraq doğuran məsələlər və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nazir müavini Nadir Hüseynov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qarşı tərəfə məlumat verib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR