Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq
# 16 sentyabr 2019 16:09 (UTC +04:00)

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük xətti yaradılacaq.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

F. Oktay deyib ki, Preferensial Ticarət Sazişinin bu il ərzində imzalanması, qarşılıqlı ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sürətləndirilməsi üçün iki ölkə arasında sadələşdirilmiş gömrük xəttinin yaradılması məsələsində razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR