Bakıda Cənubi Koreya Respublikasının Milli Günü və Silahlı Qüvvələr Günü qeyd edilib - FOTO

Bakıda Cənubi Koreya Respublikasının Milli Günü və Silahlı Qüvvələr Günü qeyd edilib - FOTO
# 08 oktyabr 2019 20:26 (UTC +04:00)


“Azərbaycanın Cənubi Koreyaya dəstəyini yüksək qiymətləndiririk”.


APA-nın xəbərinə görə, bu barədə Cənubi Koreya Respublikasının Milli Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Cənubi Koreyanın səfiri Kim Tonq Op deyib.

O bildirib ki, 4352 illik tarixə malik bir xalq olaraq koreyalılar sülh və sabitlik üçün hər zaman səylərini əsirgəməyib.

İki ölkə arasında diplomatik əlaqələrin tarixinə toxunan səfir bu əlaqələrin 1992-ci ildə qurulduğunu qeyd edib və əlavə edib ki, Azərbaycanla müxtəlif sahələrdə yaxın əməkdaşlıq mövcuddur.

Şimali Koreyanın nüvə proqramının bütün region üçün təhlükəsi barədə danışan diplomat ölkəsinin bu problemin sülh yolu ilə həllinə çalışdığını qeyd edərək Azərbaycanın bu məsələdə Cənubi Koreyaya göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb.

Dağlıq Qarabağ probleminə toxunan səfir ölkəsinin bu münaqişənin həllini ədalətli və sülh yolu ilə dəstəklədiyini vurğulaylıb. O əlavə edib ki, 2014-cü ildən etibarən səfirlik tərəfindən Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün davamlı dəstək proqramlarının həyata keçirldiyini diqqətə çatdırıb. Qeyd edib ki, SEBA, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosasiyası qaçqın və məcburi köçkünlərin dərdini bölüşmək və onlara dəstək vermək üçün hər zaman hazırdır və bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir.

Səfir mədəniyyət və təhsil sahəsində əməkdaşlığın xalqlar arasında münasibətləri daha da dərinləşdirdiyini qeyd edərək bu sahədə bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR