Bakıda Hindistanın Müstəqillik günü münasibətilə tədbir keçirilib

Bakıda Hindistanın Müstəqillik günü münasibətilə tədbir keçirilib
# 15 avqust 2019 22:10 (UTC +04:00)

Bakıda 15 avqust - Hindistanın Müstəqillik günü münasibətilə tədbir təşkil olunub.

APA-nın xəbərinə görə, Hindistanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə şimal-şərqi Hindistan ərazisində olan Assam vilayətinə məxsus Bihu Xalq Rəqsləri nümayiş edilib.

Tədbirdə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunq Hindistan və Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladıb.

O bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə, xüsusən də mədəni və humanitar sahələrdə əlaqələr daha da inkişaf etməkdədir və belə mədəni tədbirlər bunun bariz göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR