Bakıda Meksika Qlobal Həftəsi keçiriləcək - FOTO

Bakıda Meksika Qlobal Həftəsi keçiriləcək - FOTO
# 23 oktyabr 2019 12:28 (UTC +04:00)

"Oktyabrın 24-dən Bakıda Meksika Qlobal Həftəsinə start veriləcək".

APA-nın məlumatına görə, bu barədə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, Meksika Qlobal Həftəsinin təşkil olunmasında məqsəd ölkənin dəyərlərini nümayiş etdirməkdir: "Noyabrın 8-dək davam edəcək bu tədbirlər Meksika icmasının möhkəmlənməsinə və mədəniyyətimizin təbliğinə xidmət edir. Qlobal Həftə çərçivəsində oktyabrın 24-də Meksika istehsalı olan "Ölülər Günü" və ya "Selmanın böyük arzusu" cizgi filminin premyerası keçiriləcək. Cizgi filmi Meksika adətlərinin bir qızcığaza arzusuna çatmaqda necə kömək etdiyini göstərir".

R. Labardini oktyabrın 28-dən noyabrın 3-dək Meksika Milli Mətbəx Həftəsinin təşkil ediləcəyini də vurğulayıb.

Səfir Qlobal Həftə çərçivəsində metronun “Gənclik” stansiyasında “Frida və Dieqo. Yolun yarısında bir təbəssüm” adlı foto sərginin açılış mərasiminin də keçiriləcəyini bildirib.

“Bakı Metropoliteni” QSC-nin Marketinq və reklam şöbəsinin rəisi Lalə Babayeva sərgi barədə məlumat verərək açılış mərasiminin noyabrın 7-də baş tutacağını qeyd edib: “Sərgidə Meksikanın iki görkəmli rəssamının 90 fotosu təqdim olunacaq. Metro istifadəçiləri Dieqo Rivero və Frida Kalonun yaradıcılıq və gündəlik həyatını əks etdirən foto şəkillərini seyr edə biləcəklər. Sərgi 6 ay müddətində davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR