Baş konsul: “15 iyulda türk xalqı dövlətçiliyə sadiqlik nümayiş etdirdi”

 Baş konsul: “15 iyulda türk xalqı dövlətçiliyə sadiqlik nümayiş etdirdi”
# 15 iyul 2019 14:47 (UTC +04:00)

2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin üçüncü ildönümü ilə əlaqədar Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə tədbirdə, çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk bildirib ki, 15 iyulda türk xalqı dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirib.

Həmin tarixdə 250-dən artıq insanın şəhid olduğunu xatırladan baş konsulun sözlərinə görə, 2000 mindən artıq insan xəsarət alıb.

Sonda 15 iyulda baş verən hadisələrdən bəhs olunan video-çarx nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR