Baş nazirin müavini Rusiya səfirini qəbul edib

Baş nazirin müavini Rusiya səfirini qəbul edib
# 09 sentyabr 2019 17:01 (UTC +04:00)

Bu gün Baş nazirin müavini Əli Həsənov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir 2020-ci ildə Rusiyada keçiriləcək ekoloji məsələləri özündə əks etdirən növbəti maarifləndirmə və humanitar layihədə Azərbaycan tərəfinin də iştirakının məqsədəuyğun olacağını bildirib.

Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhalinin sosial-iqtisadi vəziyyətinin, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atdıqları qətiyyətlı addımlar barədə qonağa geniş məlumat verib, həmçinin Azərbaycanın bütün istiqamətlərdə, o cümlədən sosial-iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkə olduğunu səfirin diqqətinə çatdırıb.

Görüşdə eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hazırkı durum, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR