Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik göndərib

Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidentinə təbrik göndərib
# 19 may 2020 16:09 (UTC +04:00)

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir: “Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Mən bu gözəl fürsətdən istifadə edərək dost ölkələrimizin maraqları naminə ikitərəfli münasibətlərimizin bütün sahələrdə daha da inkişafını ürəkdən arzuladığımı bildirirəm.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR