Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfər edəcək

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfər edəcək
# 22 oktyabr 2019 18:58 (UTC +04:00)

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko Azərbaycana səfər edəcək.

APA-nın BELTA agentliyinə istinadən verdiyi xəbərə görə, Vladimir Andreyçenkonun səfərinin məqsədi oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısında iştirak etməkdir.

V. Andreyçenko Qoşulmama Hərəkatının Avropa ölkələri qrupunun təmsilçisi kimi Zirvə toplantısının açılış və bağlanış mərasimlərində çıxış edəcək.

Belarus Parlamentinin Nümayəndələr Palatasının sədri oktyabrın 25-də Milli Məclisin Sədri Oqtay Əsədovla da görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR