Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Rondeli fondu arasında memorandum imzalanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Rondeli fondu arasında memorandum imzalanıb
# 13 sentyabr 2019 11:16 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Gürcüstanın Rondeli Strateji və Beynəlxalq Elmlər Fondu (GFSİS) arasında anlaşma memorandumu imzalanıb.

APA-nın yerli bürosu xəbər verir ki, memorandumun imzalanma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev, Rondeli fondunun sədri Eka Metrevili iştirak ediblər.

Fərid Şəfiyev bildirib ki, təmsil etdiyi qurumun ilk səfəri Gürcüstana olub: “Bu ölkələr arasında çoxşaxəli əlaqələri dərinləşdirmək istəyindən qaynaqlanır. Qurumun rəsmi maliyyələşməsindən sonra ilk səfərimiz Gürcüstana olub. Səfərimiz siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı istiqamətində bəzi məsləhətləşmələr aparmaq, vəziyyəti araşdırmaq məqsədi daşıyır. Ölkələrimiz arasında çoxşaxəli əlaqələri müzakirə edəcəyik. Sizin mərkəziniz haqqında müəyyən məlumatlarımız var. Bu sahədəki təcrübənizi öyrənmək də bizim üçün maraqlı olar".

Görüş mətbuata qapalı şəkildə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR