BMT-nin komitə sədri terrorçuluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsindən danışıb

BMT-nin komitə sədri terrorçuluğa qarşı mübarizədə Azərbaycanın təcrübəsindən danışıb
# 23 sentyabr 2019 23:47 (UTC +04:00)

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoru xanım Mişel Koninks ilə görüşüb.

APA xəbər verir ki, görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Komitənin nümayəndə heyətinin ötən il Azərbaycana etdiyi səfərindən bəhs edən iraçı direktor, terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edib və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pislədiyini bildirərək, bu bəla ilə mübarizədə bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR